“Hazırda Azərbaycan 2022-2030-cu illləri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qarşımızda bununla bağlı yeni çağırışlar durur: “Bununla bağlı 2022-2026-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır. Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar dünya bazarında baş verən artımlar əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib”.

.