Azərbaycan Prezidenti Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə görüşdə regional məsələlər haqqında danışıb.

 Prezident İlham Əliyev separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu vurğulayıb və separatizmə münasibətdə vahid yanaşmanın olmasının zəruriliyini qeyd edib.

Azərbaycan Prezidenti eyni zamanda, Ermənistanın qeyri-konstruktiv mövqeyinə də toxunub. Ermənistanın Laçın yolundan hərbi və qeyri-qanuni daşımalar üçün istifadə etməsi, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərimizdə hələ də hərbi mövcudluğunu qoruması, ərazidə hələ də Ermənistana məxsus hərbi texnikanın olması Almaniya prezidentinin diqqətinə çatdırılıb.

.