Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Samux rayonuna səfərə gedib.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub.

Dövlət başçısına görülən işlər barədə məlumat verilib.

Samuxun Qaraağaclı kəndində aqroparkın təqdimatı olub

İyunun 24-də Samux rayonunun Qaraağaclı kəndində “Aqro Dairy” MMC-nin aqroparkının təqdimatı olub, buğda biçininə və qarğıdalı səpininə start verilib.

Dövlət başçısı tədbirlərdə iştirak edib.
 

.