Dünya idman tarixinin ən bahalı müqaviləsi imzalanıb.

Bu anlaşma amerika futbolu üzrə “Kanzas Siti Çifs” klubu ilə oyunçusu Patrik Maxoums arasında bağlanıb.

10 illik müqavilə 2022-ci il mövsümündən qüvvəyə minəcək. Milli Futbol Liqası anlaşmanın ümumi məbləğinin 503 milyon dollar olduğunu açıqlayıb.

Bu, idman tarixində yeni rekorddur. Bunadək ən yüksək məbləğ 430 milyona bərabər idi. “Los-Anceles Encels” 2019-cu ildə beysbolçu Mayk Trautla 12 illik anlaşma əldə edib.

.