“Türkiyə Prezidenti ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edir”.

Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, iyunun 1-də Moldovanın paytaxtı Kişineuda da bir tədbir var: “Prezident Rəcəb Tayyib Ərdoğanın həmin toplantıya qatılıb-qatılmayacağı hələ ki məlum deyil”.

İ.Kalın deyib ki, Kişineuda keçiriləcək görüşə Avropa İttifaqına üzv ölkələr və daha 20 dövlət dəvət edilib: “Orada liderlərlə bir görüş də ola bilər".

.