Beynəlxalq sərnişin aviasiya daşımalarına COVID-19 pandemiyasının mənfi təsiri 2023-cü ilədək davam edəcək.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) xəbər verir ki, 2021-ci ildə sərnişin daşınmasına qlobal tələb 2019-cu ilin səviyyəsindən 24% və Assosiasiyanın 2019-cu ilin oktyabr ayında verdiyi proqnozdan 32% aşağı olacaq.

Məlumatda bildirilir ki, ölkələrdə tətbiq edilən karantin tədbirləri hava səyahətlərinə inamı bir qədər də azaldacaq. Belə ki, səyahət edənlərin 69%-i ondördgünlük karantin dövrü olduğunu nəzərə alaraq, səyahət haqqında düşünməyəcəklərini bildirib.

Bu səbəbdən IATA ölkə hökumətlərini səyahət edənlər üçün alternativ karantin tədbirləri görməyə çağırıb.

Bununla yanaşı, IATA sərnişinlərin hava səyahətinə inamının bərpasının daha uzun müddət olacağını vurğulayır. Belə ki, fərdi və korporativ səyahətçilər xərclərini diqqətlə idarə edəcək və evlərinə yaxın olmağı üstün tutacaqlar.

.