Türkiyə F-16-ların satın alınması üçün üzərinə düşən vəzifələri yerinə yetirib və müttəfiqlərindən də eynisini gözləyir.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “CNN Tütk” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Administrasiyası məsələyə dair müsbət mövqe sərgiləyir.

“Ağ Ev və Pentaqondan müsbət bəyanatlar səsləndirilir. Konqres üzvlərinin bəziləri isə mənfi fikirlər səsləndirilir. Biz sağlam düşüncənin üstünlük təşkil etməsini istəyirik. Problemə rasional şəkildə yanaşmalıdırlar. Güclü Türkiyə güclü NATO deməkdir. Hər kəsin məntiqli davranması lazımdır”, - deyə o vurğulayıb.

Nazir, həmçinin, ölkəsinin F-35 proqramından qeyri-qanuni şəkildə kənarlaşdırıldığını da xatırladıb: “Danışıqlar davam edir. Yanvarın 18-də Vaşinqtonda məsələ ilə bağlı görüş keçirilib”.

.