“Şuşa da daxil olmaqla, işğal dövründə Azərbaycan mədəniyyət nümunələri dağıdılıb”.

Bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Bu sahədə türk dövlətlərindən informasiya dəstəyini gözlədiklərini söyləyən H. Hacıyev deyib ki, sabah Ağdam şəhərinə də səfər olacaq: “Bizim niyyətimiz sahib olduğumuz zəngin mədəni irsimizin dünyaya çatdırılması, dövlət başçılarının apardığı siyasətə informasiya dəstəyi verməkdir”.

.