Mayın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq.Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 26-31 isti,Bakıda gecə 18-20 isti, gündüz 29-31 dərəcə isti olacaq.Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 30-35 isti, dağlarda gecə 10-15 isti, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki,bu da meteohəssas insanlar üçün əlverişlidir.

.