Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub.
Вu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 914-ə çatıb. Onların 768-i sağalıb, 14-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 744, stasionar nəzarətdə isə 258 nəfər saxlanılır.

.