Gürcüstana koronavirusa qarşı "Pfizer" vaksininin martın 22-də çatdırılacağı gözlənilir.

Bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, həmin peyvəndlə vaksinasiyaya martın sonuna yaxın başlanılacaq.

Nazir müavini "AstraZeneca" peyvəndinin ölkəyə may ayının sonunda tədarük olunacağını qeyd edib.

.