Sabiq Prezident Saakaşvili böyük səhvlər edib, ağır cinayətlər törədib.

Bunu Qatar İqtisadi Forumunda çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq Prezident Mixeil Saakaşvilinin Aİ rəsmilərinin müraciəti ilə azadlığa buraxılmamasına dair suala cavabında deyib:

“Saakaşvili 1 ildən çoxdur ki, özəl xəstəxanadadır. Dünyada onunla bağlı çoxlu fərziyyələr və saxta xəbərlər yayılıb. Gürcüstan hökumətinin onu zəhərləməkdə, işgəncə verməkdə ittiham edilməsi üçün ötən iki ildə onun ailəsi milyonlarla dollar xərcləyiblər. İki həftə əvvəl onları işi Strasburqa, Avropa İnsan Haqları Məhkəməsinə apardılar və məhkəmə onların bütün tələblərini rədd etdi”.

Qaribaşvili qeyd edib ki, Gürcüstan hökuməti bütün məhbuslar kimi Saakaşvilinin də qayğısına qalır və onun Avropa standartlarına uyğun müalicəsini təşkil edir.

.