Daşkəsən rayonuna yağan leysan yağışlar və dolu bir neçə kəndlərdə fəsadlar törədib.

Dünən axşam saatlarından başlayaraq yağan leysan yağışlar və dolu səbəbindən rayonun Qabaqtəpə, Kəmərqaya, Almalı və Bayan kəndlərində fəsadlar yaranıb.

Kəmərqaya kəndində vətəndaşa məxsus evin divarı uçub, bir neçə evin isə dam örtüyü zərər görüb.

Kəskin hava şəraiti səbəbindən 200 metr uzunluğunda qaz xətti zərər görüb, 2 transformatorun yanması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb.

Əkin sahələrinə, təsərrüfata ziyan dəyib. Ərazilərə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub.

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılıb. Hazırda dəymiş ziyan hesablanır.

.