Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, 29 yaşlı Rəvanə Novruzova Tofiq qızı qarından aldığı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 29 yaşlı N.Rəvanə qonşu qadın tərəfindən bıçaqlanıb.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

.