Bu gün Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ağsaqqalları, şəhid ailələri ilə birlikdə Goranboy rayonu Düzqışlaq kəndində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilən şəhidlər bulağının açılışında iştirak edib.

Səmimi şəraitdə keçən görüşdə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı qələbəsilə başa çatan Vətən Müharibəsinin ildönümünün qalib xalqımız tərəfindən qürur və fəxarət hissilə qeyd olunduğu, Dövlət Başçımızın və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğı ilə yanaşdığı vurğulanıb.

Daha sonra millət vəkili və Rayon İcra Hakimiyyətinin başçısı bir qrup kənd sakinləri, ağsaqqallar və ziyalılarla görüşüb, kəndin mövcud problemləri ilə maraqlanıb, səsləndirilən məsələlərin həlli istiqamətində birgə müzakirələr aparıblar.  

Sonda şəhid anaları və sakinlər göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

.