Mən Sizi bu gün Vilnüsdə salamlayıram. Bir il öncə Azərbaycana səfərim çərçivəçində əhəmiyyətli müzakirələrə start verdik, təhsil sahəsində əlaqələrimizi gücləndirməyə də qərar verdik.

Bunu Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında Litva Respublikasının Prezidenti Gitanas Nauseda bildirib.

Litva Prezidenti deyib ki, bu gün Azərbaycan Prezidenti ilə İkinci Biznes Forumunun açılışını edəcək: “Bu gün mühüm sənədlər də imzalandı. 2006-cı ildə Litva beynəlxalq inkişafa dair layihələrdə Azərbaycanla birgə iştirak edir”.

.