Gəncədə şəhərində yağış suları ciddi fəsadlara yol açıb.

Ötən gecə yağan güclü yağışdan sonra gələn sel suları şəhərin Bayan küçəsi 10 a ünvanında Cahangir Əliyevə məxsus evin barısını yuyub və barı tamamilə uçub.

İlkin məlumata görə, barının altında 6 baş xırda buynuzlu heyvan, o cümlədən 15 ev quşu tələf olub. Evə ciddi ziyan dəyib. Bundan əlavə qonşuluqdakı evlərin divarları çatlayıb. Həmçinin sel suları sözü gedən küçədə asfalt örtüyünü sıradan çıxardıb.

.