Gəncədə partlayış baş verib.

Hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən binada qeydə alınıb. Yaşayış binasında partlayış zamanı xəsarət alan 4 azyaşlı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Z.Musayeva ölüb, 3 nəfərin vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

.