Gəncə şəhərində itkin düşən gənc qız tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2006-cı il təvəllüdlü Bayramova Ceyran Sahəddin qızı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

Gəncədə 16 yaşlı qız itkin düşüb.

Hadisə noyabrın 25-də şəhərin Bakı küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Bayramova Ceyran Sahəddin qızı yaşadığı ünvanda çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılır.

.