Naxçıvan dəhlizinin açılması ilə Bakı Orta Asiyada əhəmiyyətli logistika mərkəzinə çevriləcək.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Ankarada Türkiyə-Azərbaycan İş Forumunda çıxışı zamanı bildirib.

O, türkiyəli iş adamlarına müraciət edərək onları Azərbaycana sərmayə yatırmağa da çağırıb.
 

“Bu gün Azərbaycanın yanındayıq. Sabah da Azərbaycanın yanında olacağıq. İşğalçıların, terrorçuların qarşısında dayandıq”.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

“İşğaldan azad edilən ərazilərin bərpasında iştirak edəcəyik”, - deyə F. Oktay vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası məsələsi Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığında yeni dönüş nöqtəsidir.
 

.