
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edib.
Frank-Valter Ştaynmayer bu barədə Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Almaniya prezidenti ümidvar olduğunu bildirib ki, tezliklə Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş keçiriləcək.
.