Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verdiyini bildirib.

Almaniyanın dövlət başçısı iki ölkə arasında tezliklə sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu qeyd edib.

Frank-Valter Ştaynmayer vurğulayıb ki, ölkəsi Avropa İttifaqının üzv dövləti olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilən Brüssel sülh gündəliyini dəstəkləyir.

.