Bu gündən İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi başlayır.

Nobel Komitəsinin rəsmi saytı verdiyi xəbərə görə, ilk olaraq Fiziologiya və ya tibb üzrə 2022-ci il Nobel mükafatı qalibin adını açıqlanıb.

Qalibin adının açıqlanması mərasimi Karolinska İnstitutunda baş tutub. Qalibin adını Nobel Fizologiya və ya tibb Komitəsinin katibi Tomas Perleman açıqlayıb

Mükafat təkamül genetikası sahəsində ixtisaslaşmış İsveç bioloqu Svante Paaboya verilib. O, mükafata "Nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə” layiq görülüb. Svante Paabo 1955-ci ildə Stokholmda anadan olub.

.