Yaxın gələcəkdə Finlandiya və İsveçin NATO-ya müraciəti Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunacaq.

Bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaikkonen “Yle”yə müsahibəsində bildirib.

"Finiş xətti artıq görünür, lakin səbirli olmaq lazımdır", - deyə Kaikkonen bildirib.

Bundan əvvəl Macarıstan prezidenti Katalin Novak bildirib ki, ölkə parlamenti may ayında İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı səsvermə keçirmək niyyətindədir.

Fevralın sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 9-da Brüsseldə Türkiyə, Finlandiya və İsveç nümayəndə heyətləri arasında Şimali Atlantika Alyansına üzvlüklə bağlı üçtərəfli görüşün keçiriləcəyini açıqlamışdı.

.