Finlandiya 4 ildən sonra Türkiyə üçün hərbi malların ixrac lisenziyasını təsdiqləyib.

Bu barədə Finlandiya müdafiə nazirinin xüsusi müşaviri Riika Pitkanen çıxış edib.

Hərbi ixracın bərpası Finlandiya və İsveçin NATO-ya üzvlük prosesinin təsdiqi üçün qoyulan şərtlərdən biri idi.

Bildirilib ki, Finlandiya tərəfindən verilən ixrac lisenziyası poladın zirehlərdə istifadə edilməsidir.

Xatırladaq ki, Finlandiya 2019-cu ildən Türkiyəyə yeni hərbi ixrac lisenziyalarının verilməsini dayandırmışdı.

Hərbi ixracın bərpası Ankaranın hazırda gözlənilən Finlandiya və İsveçin NATO-ya üzvlük prosesini təsdiqləmək üçün qoyduğu şərtlərdən biri idi.
Ötən ilin sentyabrında İsveç Türkiyəyə hərbi mal ixracına qoyulan qadağanı aradan qaldırıb.

.