Finlandiya parlamenti ölkənin NATO-ya üzv olması ilə bağlı qanun layihəsini qəbul edib.

Bu barədə Finlandiya hökumətindən bildirilib.

Qanunverici orqanın 184 deputatı qanun layihəsinin lehinə səs verib. 7 deputat isə ölkənin Alyansa üzvlüyünün əleyhinə çıxıb.

Qanunun qüvvəyə minməsi üçün Prezident Sauli Niinistö sənədi təsdiqləməlidir.

.