Sabiq vergilər naziri Fazil Məmmədov mülklərini satışa çıxarıb.

Axar.az-ın məlumatına görə, hazırda Şəmkirdəki malikanəsində yaşayan və səhhəti normallaşan F. Məmmədov bu rayondakı bütün obyektlərini satır.

Artıq sabiq nazirin məşhur “Ekselsior” (Excelsior) hotel şəbəkəsini satdığı da iddia olunur.

Eks-nazirin Şəmkirdəki obyektlərini niyə birdən-birə satışa çıxardığı haqda məlumat yoxdur.

.