“ETSN Xəzərə axıdılan bütün sularla bağlı məlumat bazası yaradır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, bu suların həcmi, keyfiyyət göstəriciləri xəritələşdirilir: “10-20 il əvvəl ilə müqayisədə Xəzər dənizinə təmizlənməmiş, tullantı suların axıdılmasının səviyyəsi azalıb. Ancaq gün ərzində təkcə Abşeron yarımadasından Xəzərə təmizlənməmiş təxminən 1 milyon kub metr su daxil olur. Sözsüz ki, bunun azaldıması istiqamətində tədbirlər görülür”.

.