"Şadlıq saraylarında atmosfer havalarının çirkləndirilməsi qarşı qurulan filtrlər qənaətbəxş deyil".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, aparılan yoxlamalar zamanı Bakıda 49 böyük şadlıq sarayından 25-də filtrlərin işləmədiyi aşkarlanıb:

"Gəncə və Sumqayıtda isə 100 şadlıq evindən 30-da həmin vəziyyətin olduğu müəyyən edilib və onlara müvafiq cərimələr təyin edilib. Məqsəd sahibkarları cərimələmək deyil. Onları qanunvericiliyin tələblərinə riayət etməyə təşviq etməkdir".

.