Ağdam rayonunda dağıntı tullantılarının idarə olunması və tikinti işlərində sonrakı istifadə üçün UNEP tərəfindən göstərilən dəyərli ekspert dəstəyini qeyd etmək istərdim.

Bunu BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir deyib ki, bu təcrübə azad edilmiş digər ərazilərə də istifadə edilə bilər.

.