Xocalı rayonunun Əsgəran qəsəbəsində kütləvi məzarlıq aşkar olunub.

Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var.

Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir.

Hazırda müvafiq qurumların nümayəndələri jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçirirlər.

 

Qeyd edək ki, ötən ilin avqust ayında Şuşada, iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib. İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

.