Hazırda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında dialoq davam edir.

Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib. “Bu gün biz sülh müqaviləsinin bir sıra maddələri üzrə tərəflərin anlaşmasında ümumi nöqtəyə yaxınlaşa bildik. Rusiya tərəfi ümid edir ki, bugünkü görüş tərəflərə praktiki nəticələr əldə etməyə imkan verəcək. Bizim vəzifəmiz ikitərəfli görüş üçün platforma təmin etmək idi. Biz öz yanaşmalarımızı qeyd etdik. Ümid edirik ki, bu tədbir Azərbaycan və Ermənistan nazirləri arasında davam edən danışıqlara əməli nəticələr əldə etməyə imkan verəcək. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması səylərinin əsasını təşkil edən bütün üçtərəfli bəyanatların (bütün müddəalarını tam şəkildə həyata keçirmək üçün tərəqqiyə kömək etməyə davam edəcəyik", deyə Rusiya XİN başçısının şərhində vurğulanıb.

.