Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Müdafiə Nazirliyindən  verilən xəbərə görə, əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

"Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - məlumatda bildirilib.

 

Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edibErmənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edibErmənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edibErmənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edibErmənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edibErmənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edibErmənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib

 

.