
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə keçiriləcək prezident seçkisindən qabaq Suriya dövlət başçısı Bəşər Əsədlə görüşə bilər.
Türkiyə KİV-i xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Xatırladaq ki, R.T.Ərdoğan daha əvvəl B.Əsədlə görüşəcəyini açıqlamışdı. Türkiyədə prezident seçkisinin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulur.
.