Türkiyə Cənubi Qafqazda illərdir davam edən böhranın nəticəsi olaraq yaranan qeyri-stabilliyin aradan qaldırılmasını balanslaşdırılmış siyasəti ilə önəmli ölçüdə təmin edib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycan, Suriya və Liviyadan yaralı hərbçiləri ölkə xəstəxanalarında müalicə edərək geri göndərir.

Onun sözlərinə görə, bu, vicdan məsələsidir və Türkiyə bu addımları atmağa davam edəcək.

Ərdoğan əlavə edib ki, Türkiyə Ukraynada yaralı şəxslərin təxliyəsi üçün humanitar koridorun yaradılmasını da dəstəkləyir.

.