Türkiyə ordusu Suriyanın şimalında varlığını davam etdirəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.

O qeyd edib ki, Ankaranın bu ərazilərə hərbi kontingent göndərməsinin yeganə səbəbi terrorla mübarizədir.

Ərdoğan, həmçinin Suriyanın şimalında terrorla mübarizədə əməkdaşlığa nail olunduğu halda, bunun Dəməşqlə münasibətlərin normallaşması prosesinə də müsbət təsir göstərəcəyini vurğulayıb.

.