Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanın suverenlik şurasının sədri general Əbdül Fəttah Əbdürrəhman əl-Burhanla telefonla danışıb.

Bu barədə Türkiyə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, telefon danışığı zamanı Sudandakı vəziyyət müzakirə olunub.

Ərdoğan ölkədəki vəziyyətdən narahatlığını bildirib və müzakirələr üçün ev sahibliyinə hazır olduğunu deyib.

Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi Sudan xalqının humanitar ehtiyaclarını təmin etmək məqsədilə BMT ilə birlikdə işləməyə davam edəcək.

Müzakirələr zamanı həmçinin Sudandakı Türkiyə vətəndaşlarının təxliyəsi və onların təhlükəsizliyi məsələsi müzakirə olunub.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Toqquşmalar nəticəsində indiyədək 600-ə yaxın adam ölüb.

.