“Seçki ilə bağlı səlahiyyətin kimdə olduğunu bilməyən cahillərin əlində qalmışıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilər mayın 14-də keçirilərsə, namizədliyini irəli sürə bilməyəcəyi ilə bağlı iddialara cavabında deyib.

Türkiyə Prezidenti qeyd edib ki, seçki ilə bağlı səlahiyyət Türkiyə Prezidentindədir: “Hazırda Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğandır. O öz qərarı ilə seçkini 60 gün əvvəldən elan edə bilər. Məsələn, martın 10-da seçkini Prezident elan edərsə, 60 gün tamamında seçki keçirilə bilər. Bunu da Seçki qurumu izləyə bilər. Müxalifət bunu bilmir. Amma hazırda onlar 14 mayı danışmağa başlayıblarsa, bu, yaxşı addımdır”.

.