"30 illik işğaldan sonra biz Can Azərbaycanla birlikdə Qarabağı azadlığına qovuşdurduq".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) qurulması ilə Ankaranın Türk dövlətləri ilə əlaqələr daha da möhkəmlənib: “Ortaq tarix, dil, inanc və mədəniyyətə sahib olduğumuz ölkələrlə yenidən qucaqlaşdıq. Biz “harada bir vətəndaşımız varsa, oradayıq” prinsipi ilə Rumelidən Qafqaza qədər heç bir qardaşımızı boynu bükük qoymadıq. Türkiyə çərkəzlər, tatarlar, qaqauzlar, türkmənlər, ahıskalılar, özbəklər və uyğurlar da daxil olmaq tarix boyunca dara düşən hər qardaşına dəstək olub”.

R.T.Ərdoğan bildirib ki, həmçinin Türk Hava Yolları, Anadolu Ajansı, TRT sayəsində Türkiyənin dünya ölkələri ilə humanitar və ticarət əlaqələri daha möhləmlənib: “Kızılayımız, AFAD-ımız, vətəndaş cəmiyyətlərimizlə dara düşən vətəndaşlarımızın imdadına çatdıq. Bosniya və Hersoqovinada sel fəlakəti, Albaniyada zəlzələ olanda qardaşlarımıza köməyə ilk biz getdik. Türkiyə kimi bir vətənimiz, Türkiyə kimi bir yuvamız olduğu üçün Allaha nə qədər şükür etsək, azdır”.

.