Millətimiz 14 mayda Türkiyənin hansı ittifaq tərəfindən idarə olunmasına dair iki qərarından birini verib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan millət vəkilləri və bələdiyyə başqanları ilə toplantıda çıxışı zamanı bildirib.

Ərdoğan, onun başçılıq etdiyi “Cumhur İttifaqı”nın 322 yerlə Məclisdə çoxluq əldə etdiyini qeyd edərək, prezident seçkilərinin 28 mayda keçiriləcək 2-ci turunda da qalib gələcəklərinə inandığını vurğulayıb.

.