Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçirilməsi gözlənilən prezident seçkilərində vahid namizədin irəli sürülməsi məsələsi ilə bağlı müxalif partiyalar arasında baş verən böhranı şərh edib.

Ərdoğan Cumhur İttifaqının seçkilərə hazır olduğunu bildirib.

“Cumhur ittifaqı olaraq yol xəritəmiz bəllidir. Onlar nə istəyirlərsə, etsinlər, biz yolumuza davam edəcəyik. Biz can dərdindəyik, bunlar isə mal-mülk”, - deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl İYİ Partiya sədri Meral Akşener “Altılı Masa”ya dahil olan 5 siyasi partiyanın CHP lideri Kəmal Kılıçdaroğlunu prezident seçkilərində vahid mamizəd seçilıməsini təklif etdikdən sonra partiyasının “Millət İttifaqı”ndan çıxdığını bəyan edib.

.