“İki strateji müttəfiq - Türkiyə və Gürcüstanın hazırda olduğu kimi, gələcəkdə də regionda sülh, sabitlik və dirçəlməyə töhfə verməkdə davam edəcəyinə səmimi qəlbdən inanıram”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Müstəqillik Günü münasibətilə Baş nazir İrakli Qaribaşviliyə ünvanladığı təbrikdə bildirib.

O, öz və Türkiyə xalqı adından hökumət başçısı və gürcü xalqını təbrik edib: “Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə firavanlıq və tərəqqi arzulayıram”.

.