“Nə edirlər etsinlər, millətimizin birliyini, qardaşlığını və bərabərliyini poza bilməyəcəklər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup iclasında çıxışı zamanı deyib.

“Nə edirlər etsinlər, istiqlal sevgimizi söndürə bilməyəcəklər. Nə edirlər etsinlər, canımızdan dəyərli olan vətənimizi parçalaya bilməyəcəklər. Nə edirlər etsinlər, dövlətimizi yıxa bilməyəcəklər”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan: “Balkanlardan Türküstana, Qafqazdan Afrikaya qədər hər bir qardaşımızın yanında olacağıq”

“Regionumuzda min illik varlığımızın bizə miras qoyduğu qardaşlığı, dostluq və insani vəzifələri yerinə yetirmək üçün heç kimdən icazə alası deyilik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup iclasında çıxışı zamanı deyib.

“Balkanlardan Türküstana, Qafqazdan Afrikaya qədər ürəyimizdəki hər bir qardaşımızın yaxşı və pis günündə yanında olmağa davam edəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

.