Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati xətalar haqqında işlərin statistikası aparılacaq.

Bu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qərarı ilə təsdiq edilmiş “Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə” 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı fоrmаsında edilən dəyişiklikdə əksini tapıb.

Qərar iyul ayının 1-dən qüvvəyə minib.

.