“Hazırda biz texnologiyaların böyük sürətlə dəyişdiyi Dördüncü sənaye inqilabı dövrünə qədəm qoymuşuq. Dördüncü sənaye inqilabı miqyası, mahiyyəti və mürəkkəbliyi baxımından bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənz­mir.

Bu baxımdan istənilən ali təh­sil sisteminin qarşısında duran mühüm hədəflərdən biri də müasir inkişaf tendensiyalarını nəzərə alınmaqla elmitədqiqatların aparılması, keyfiyyətli elmitədqiqat məhsullarının əldə edilməsi və kommersiyalaşdırılmasına nail olmaqdır”.

Bunu Təhsil naziri Emin Əmrullayev “Milli Məclis” jurnalına verdiyi müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, ali məktəblərə “Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisələri qarşısında müvafiq tələblər qoyulub və hazırda bu istiqamətdə müvafiq işlər görülür:

“Bu baxımdan bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, təhsil elm istehsal əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı qarşıda duran hədəflərə nail olunmalıdır”.

.