Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.

O, qulluqda olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Baş prokuror Kamran Əliyev tərəfindən E.Sultanova “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, dünən Eldar Sultanovun 60 yaşı tamam olub. O, daha əvvəl Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri kimi çalışıb.

.