“Qəzalı binalar Bakının bütün ərazilərində var”.

Bunu informasiya agentliklərinə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

BŞİH başçısı bildirib ki, bunlar sovet dövrünün qalıqlarıdır: “Bütün rayonlarda az-çox bu cür qəzalı vəziyyət olan binalar mövcuddur. Bu məsələni daha dərindən öyrənmək üçün yaradılmış Komissiyaya vaxt ayrılıb. Bir ay ərzində rayon icra hakimiyyətlərinin fəal iştirakı ilə onlar məlumatı toplayıb bizə təqdim etməlidirlər”.

Eldar Əzizov qeyd edib ki, qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxınlaşır: “Orta hesabla hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu məsələ bu gün kəskin olaraq gündəlikdə durub. Baxmayaraq ki, son illər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu binaların sayı 30 % azalıb. Bu da bir nailiyyətdir. Amma qəzalı vəziyyətdə olan binaların sayı çoxdur. İlkin olaraq kritik vəziyyətdə olan qəzalı binalardan başlamalıyıq. Bu proses canlı prosesdir və bunu uzun illər üçün planlaşdırırıq”.

.