ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Azərbaycanda 2020-2021-ci illərdə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.

EIA verdiyi məlumata görə, bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 730 min barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 20 min barel çoxdur.

Məlumata əsasən, gələn il Azərbaycanda gündəlik neft hasilatı 750 min barel təşkil edəcək (may ayı üçün verilən proqnoza görə, bu göstərici 740 min barel təşkil etməli idi).

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda ortalama gündəlik neft hasilatı 790 min barel təşkil edib.

.