“Güney Azərbaycan fəalı kimi həmişə Şimali Azərbaycanın qələbəsini, uğurunu arzu etmişik”.

Bunu Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Mətbuat Şurasındakı görüşündə deyib.

Milli fəal dünən Xudafərin Körpüsünə səfərindəki təəssüratlarını bölüşüb:

"Şimali Azərbaycanın bizim gələcəyimiz üçün müvəffəqiyyətlərə yol açacağına inanıram. Dünən mən Xudafərin körpüsünün yanında elə hisslər keçirdim ki, danışmağa söz tapmadım. Körpünün o biri tərəfini ot basıb, demək olar ki, hərəkət üçün yararsız olub. Bu çox qəribədir. Amma mən inanıram ki, vaxt gələcək körpünün o hissəsi də bərpa ediləcək".

.