“İstinad hüququ müəlliflik hüququ ilə eynidir”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, istinad məsələsi "Media haqqında" Qanunla tənzimlənir və Agentliyə müraciət olunarsa, qanunun müvafiq maddəsi işə düşəcək: “Biz istinadlarla bağlı məsələni proqram təminatı formasında həll etmişik. Hansısa saytın materialının digər media subyektində getdiyini görürük. Bu baxımdan istinad hüququ pozulursa, Agentliyə rəsmi müraciət edilməlidir”.

.